Tikintilərdə miqrantlardan imtina edilməsini qeyri mümkün saydılar

Фото: Евгений Павленко / Коммерсантъ.

Tikintilərdə miqrantlardan imtina etməyə artıq mümkün olmayacaq. Bu cür şərhi “Vedomosti” qazetinə müsahibədə Rusiyanın vitse-premyeri Marat Xusnullin verdi.

O qeyd etdi ki, yaxın vaxtlarda miqrantlardan imtina qeyri mümkündür. Paytaxtda xarici işçilərin sayını yalnız məhdudlaşdırmaq olar. «Gəlin düzünü deyək! Cammatın xoşuna gəlmir ki, insanlar başqa ölkələrdən gəliblər, başqa dildə danışırlar, onların tam başqa mədəniyyətləri vardır. Lakin miqrantların əməyindən istifadə zamanı xidmətlərin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşır»,– Xusnullin etiraf etdi.

O qeyd etdi ki, miqrantlardan imtina edilməsi zamanı, onların əməyi istifadə edilən sahələrdə, xidmətlərin qiyməti ən azı 30 faiz qalxacaq. Xusnullinin sözlərinə görə, qiymətin artımına görə axırncı istehlakçı ödəniş etməli olacaq. «Əgər biz deyirik ki, biz ölkəmizdə miqrantları istəmirik, bu da bir variantdır. Onda əks-halda küçələri kim təmizləyəcək? Kim tikəcək?» – Xusnullin qeyd etdi və əlavə etdi ki, hal hazırda Rusiyada altı million xarici vətəndaş yaşayır.

Источник