Putin həmçinin Rusiyanın DİN, XİN, Səhiyyə Nazirliyinə və Əmək Nazirliyinə ölkənin milli maraqları nəzərə alınmaqla bu təşkilatın «işində RF-nin yaxından iştirakını təmin etməyi» tapşırmışdır.
RF Prezidenti Vladimir Putin Beynəlxalq Miqrasiya Təşkilatına (BMT) Rusiya üzvlüyünü rəsmiləşdirməyi tapşırmışdır. Bu haqda Kremlin saytında cümə günü məlumat verilmişdir.
«Rusiya hökuməti Beynəlxalq Miqrasiya Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş qaydada Rusiya Federasiyasının Beynəlxalq Miqrasiya Təşkilatına üzvlüyünün rəsmiləşdirilməsini təmin etsin», – deyə dövlət başçısı tapşırıq vermişdir. Bu məsələ ilə bağlı məruzə bu il dekabrın 1-dək Prezidentə təqdim edilməlidir.