«Sərhədsiz iş» portalı əmək miqrasiyasının uçotu informasiya sisteminin servislərindən biri ola bilər.

Фото: Александр Петросян, Коммерсантъ.

Bu barədə AİK kollegiyasının yığıncağında AAİİ-nin daxili bazarlar, informatlaşdırma və informasiya-kommunikasiya texnologiyaları üzrə naziri Heqam Vardanyan bildirmişdir. Xatırladırıq ki, portal 2019-cu ilin sentyabrında Rusəmək-in təşəbbüsü ilə yaradılmağa başlamışdır, onun məqsədi – AAİİ ölkələrinin bütün vətəndaşları və işəgötürənləri üçün ittifaqın bütün ölkələri üzrə vakansiya və ya məlumat axtarmaq sistemidir. Layihənin büdcəsi 58,5 mln rubla qədərdir, ondan 33,5 rubl proqram təminatının yaradılmasına, qalan 25 mln rub isə portalın artıq ittifaq ölkələrində mövcud olan iş axtarışı sistemləri ilə inteqrasiyasına sərf ediləcəkdir. Miqrantların uçotu sisteminin və vakansiyalar bazasının inteqrasiyası vaxtında edilən təklifdir və onun icra edilməsi yolu yəqin ki, həmin portalın yaradılması yolu ilə eyni olacaqdır. Xatırladılır ki, o, milli məlumat bazalarından – xüsusən Rusiya hökumətinin yaratdığı «Rusiyada işlər» məlumat bazasından özünə informasiyanı inteqrasiya edir. Miqrasiyanın uçotu üçün portal həmçinin milli informasiya sistemlərindən anoloji məlumatları nəzərə ala bilərdi, halbuki hələlik belə bir sistem yalnız Moldaviyada vardır. Rusiyada onun yaradılması ilə yalnız DİN məşğul olmağa başlamışdır, AAİİ-nin bir sıra ölkələrində isə belə planlar hələ ki, yoxdur.

https://www.kommersant.ru/doc/4468402